Bu barədə Referans Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə – marixuana aşkar edilib.
























