Bərdədə məktəbli ölü tapıldı:Hadisənin səbəbi bilinmir

Bərdə rayonunda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib.

Referans Media xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakini, 9-cu sinif şagirdi Saleh Məmmədov yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.\\unikal.org


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki