Binə qəsəbəsində yanğın oldu - ANBAAN VİDEO

Bakının Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Referans Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş verən alovun genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Hadisə nəticəsində açıq ərazidə 700 kvadratmetr sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki