DƏHŞƏT! Qusarda ana doğuşdan sonra öldü backend

DƏHŞƏT! Qusarda ana doğuşdan sonra öldü 

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

Referans report.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra ölüb.

Yaxınları onun əməliyyatdan sonra komaya düşdüyünü, ötən gün xəstəxanada öldüyünü bildiriblər.

Y.Ospatovanın avqustun 11-də dünyaya gətirdiyi körpənin (qız) vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu, onun ikinci hamiləliyi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki