backend

Fatih Ürəkdən pis xəbər

Türkiyəli müğənni və televiziya aparıcısı Fatih Ürəkin səhhəti ilə bağlı narahatedici iddia yayılıb.

Referans Media xəbər verir ki, təxminən iki aydır reanimasiya şöbəsində müalicə alan 59 yaşlı Fatih Ürəkin komada olduğu bildirilir.

Məlumata görə, oktyabrın 15-də evində ürək tutması keçirən məşhurun ürəyi təxminən 20 dəqiqə dayanıb. Təcili tibbi yardımın müdaxiləsindən sonra ürək fəaliyyəti bərpa edilərək xəstəxanaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Müalicə prosesi davam edən sənətçinin qısa müddətli gözlərini açıb-bağlaya bildiyi, lakin ümumi vəziyyətinin ağır olaraq qaldığı qeyd olunur. Hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki