Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb.
xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenski Stubba göstərilən davamlı dəstək və gündəlik koordinasiyaya görə təşəkkür edib. Onların söhbəti zamanı Rusiyanın mövqeyinə dair müxtəlif aspektlər və diplomatik perspektivlər müzakirə olunub.
Zelenski ABŞ-da keçiriləcək danışıqlara hazırlaşan Ukrayna nümayəndə heyətinin gündəmində olan məsələlər barədə Finlandiya Prezidentinə məlumat verib.






















