backend

Goranboyda yük maşınları toqquşub, xəsarət alan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

Referans Media  xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

 

“Ford” markalı yük maşını “KaMAZ “markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

 

Avtmobildə sıxılmış vəziyyətdə qalmış “Ford”un sürücüsü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb.

 

Fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki