Qara dənizdə enerji təhlükəsizliyi ilə bağlı vəziyyət kəskin şəkildə gərginləşib.
Referans Media xəbər verir ki, Caspian Pipeline Consortium terminalının yaxınlığında Delta Harmony adlı neft tankerinə qarşı həyata keçirilən dron hücumunun kadrları yayılıb.
Məlumata görə, hücum dünən baş verib və hadisə zamanı eyni ərazidə ümumilikdə üç neft tankeri zərbəyə məruz qalıb. Hücuma məruz qalan gəmilərdən birinin ABŞ-ın enerji nəhəngi olan Chevron tərəfindən icarəyə götürüldüyü və Qazaxıstandan neft daşınması üçün istifadə edildiyi bildirilir.
Hadisənin Qara dəniz akvatoriyasında, beynəlxalq enerji marşrutları baxımından strateji əhəmiyyət daşıyan zonada baş verməsi insidentin rezonansını daha da artırıb. Bu hücumu təkcə dəniz təhlükəsizliyinə deyil, həm də qlobal enerji bazarına verilən açıq mesaj kimi dəyərləndirilə bilər./Musavat.com























