Yalovada evinin pəncərəsindən düşərək dünyasını dəyişdiyi bildirilən məşhur müğənni Güllünün əslində qətlə yetirildiyi müəyyənləşib. Aparılan araşdırmalar nəticəsində müğənninin qızı Tuğyan Ülkem Gülter və onun rəfiqəsi Sultan Nur Ulunun hadisə yerindən qaçmağa çalışdığı və həmin anda saxlanıldığı bildirilib.
Referans Media xəbər verir ki, Güllünün evindəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınan səs yazıları xüsusi təhlil üçün TÜBİTAK-a göndərilib. Səsin ayrıştırılması nəticəsində qətl şübhəsini təsdiqləyən mühüm detallar üzə çıxıb.
Qeydlərdə Güllünün qızı Tuğyan Ülkem Gülterin “Atacağam indi səni” dediyi səs aydın şəkildə müəyyən edilib.
İstintaqa görə, hadisə baş verən zaman Güllü yüksək miqdarda spirtli içki qəbul etmiş, daha sonra hamama keçib. Bu vaxt Tuğyan Gülter və Sultan Nur Ulu otağın pəncərəsini açaraq hazırlıq görüblər. Güllü hər zaman sevdiyi “Malkara” musiqisi açılıb və mərhum musiqini eşidib otağa keçdikdə qısa mübahisə yaranıb. Sonra Güllünü pəncərədən itələyiblər.
TÜBİTAK-ın yüksək səs fokuslayıcı texnologiyası vasitəsilə səs yazısına düşən digər cümlə ortaya çıxıb. Səs yazısında Güllünün qızının “Hadi görüşürüz, bay bay” dediyi aydın şəkildə eşidilib.
Hadisədən sonra Tuğyan Ülkem Gülter və Sultan Nur Ulu polis tərəfindən saxlanılıb. İstintaq onların Gürcüstan üzərindən xaricə qaçmağı planlaşdırdığını təsdiqləyib.
Hadisənin qəsdən və əvvəlcədən planlanmış qətl olduğunu göstərən güclü və konkret dəlillər var. Dosyede heç bir “gizli şahid” olmadığı, bütün sübutların tam şəkildə texniki materiallara əsaslandığı bildirilib. Şübhəlilər Yalova Baş Prokurorluğuna təhvil verilib.






















