İran Trampı öldürməyə hazırlaşır: MOSSAD məlumat yaydı

MOSSAD ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının yüksək vəzifəli üzvlərinə qarşı İran tərəfindən sui-qəsd ediləcəyi ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verib.

Referans Media xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Məlumata görə, sui-qəsd partlayıcı maddələrlə yüklənmiş dronlar vasitəsilə həyata keçiriləcək.

Həmçinin bildirilib ki, bu məlumat başqa bir Qərb kəşfiyyat xidməti tərəfindən də təsdiqlənib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki