backend

Merve Sevi uzun müddət sonra ortaya çıxdı: Onun son görünüşü sosial mediada maraqla qarşılandı

Ekranlardan uzaqlaşan məşhur aktrisa Merve Sevi Nişantaşıda kameralara tuş gəlib. Təbii görünüşü ilə diqqət çəkən Sevinin son görünüşü yüksək qiymətləndirilib.

Referans MEDİA xəbər verir ki, televiziyanın tanınmış simalarından olan Merve Sevi uzun müddət idi ki, tənha həyat yaşayırdı. Nişantaşıda kameralar qarşısına keçən aktrisa şən davranışı və sadə üslubu ilə diqqət çəkib.

Məşhur aktrisanın son halı qısa zamanda sosial mediada trend mövzusuna çevrilib və çoxlu müsbət şərhlər alıb. 2000-ci illərin məşhur seriallarından olan Yalancı Yarımdakı rolu ilə tanınan, daha sonra Doktorlar, Hayat Bilgisi kimi seriallarla məşhurlaşan Merve Sevi uzun müddət televiziya layihələrinə ara vermişdi.

Son zamanlar teatr işlərinə diqqət yetirən aktrisa Nişantaşıda kameralara tuş gəlib. Merve Sevi ekrandan uzaqda olsa da, hazırda teatr tamaşasında rol alır. İşlərinin çox olduğunu bildirən Merve Sevi: “Tamaşa hələ davam edir. Ola bilsin ki, may və ya iyun ayında televiziyada olacaq”.

Merve Sevi son illərdə xeyli arıqlamışdı. O, bunu şərh edib:

“Heç yemək yemirəm, bilirsən ki, ac gəzirəm. Xəbərlərdə elə çıxdı ki, mən belə demişəm, amma o sözü işlətmədim. Belə arıqladığını iddia edənlərə inanmıram. Zülalla zəngin, yaşıl qidalar yeyirəm və bol su içirəm”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki