Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Qındırğa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 250 kiloqram olan 2563 ədəd çətənə kolu məhv edilib.
