Azərbaycanda fəxri idman işçisi vəfat etdi

Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.

Referans Media xəbər verir ki, bu barədə Naftalan şəhəri üzrə gənclər və idman sektoru məlumat yayıb. 

Fazil Tofiq oğlu Əliyev 1993–2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016–2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb. O, idman sahəsində göstərdiyi xidmətlərə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb./"Unikal"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki