Qazaxda evdə partlayış- 73 yaşlı qadın yaralandı

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

 

Referans Media  xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.

 

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.

 

Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma başlanılıb. Qafqazinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki