Qubada keçmiş məhkum qardaşını BIÇAQLADI

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Şaval Ağayev münaqişə zamanı qardaşı, 38 yaşlı Təhməzin döş qəfəsinə bıçaqla xəsarət yetirib. O polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki