2019-cu ildə jurnalist Kanat Atkaya ilə ailə quran aktrisa Şebnem Bozoklu, xoşbəxt evliliyin sirrini mərhum sənətçi Özkan Uğurdan öyrəndiyini deyib.
Referans Media xəbər verir ki, bir proqramda şəxsi həyatı barədə danışan Bozoklu bildirib ki, həyat yoldaşı ilə yeni tanış olduqları dövrdə Özkan Uğurdan evliliklə bağlı məsləhət alıblar. Uğurun onlara verdiyi tövsiyə isə qısa və aydın olub: “Kurcalamayın” (münasibəti didik-didik etməyin).
Bozoklu bu məsləhətin illər keçdikcə nə qədər doğru olduğunu anladıqlarını vurğulayıb və həyat yoldaşı ilə evliliklərinin 8-ci ilinə girdiklərini qeyd edib.






















