Şəmkirdə su xəttində qəza olub, ətrafı su basıb

Şəmkirdə su xəttində qəza baş verib, ətrafı su basıb.

Referans Media xəbər verir ki , hadisə rayonun Yeniabad kəndində Şəmkir nasos stansiyası ərazisində qeydə alınıb. Hidrotəzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Nəticədə su stansiyanın həyətənə dolub. Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çəkilməsi istiqamətində tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki