image-fhnnnnbackend

Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Referans-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 10 paq.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki