Su təchizatı sistemlərində yeni bir ciddi təhlükə aşkarlanıb.
Referans Media globalinfo.az-a istinadla xəbər verir ki, alimlər bu barədə alimlər yeni nəticəyə gəliblər. Onların araşdırmalarına görə, su şəbəkələrində fəaliyyət göstərən zərərli mikroorqanizmlər mövcuddur.
Bu canlılar klora və yüksək temperatur kimi dezinfeksiya şəraitinə belə davam gətirə bilir və içində zərərli bakteriya və virusları gizlədir. Nəticədə, suyun dezinfeksiya olunmasına baxmayaraq patogenlər insanlara yoluxa bilir və ciddi infeksiyalara, həmçinin antibiotiklərə davamlı mikroorqanizmlərin yayılmasına səbəb ola bilər.
Mütəxəssislər bunu iqlim dəyişikliyi və köhnəlmiş su infrastrukturu ilə əlaqələndirir və problemi aradan qaldırmaq üçün daha effektiv nəzarət və qabaqlayıcı su təmizləmə texnologiyalarının vacib olduğunu bildirirlər.























