“Tofi” həbs edildi

  Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs edilib.

Referans Teleqraf-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü, “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.

Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki