Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la danışıqlar zamanı Donbasın statusunu müəyyənləşdirməyin mümkün olmadığını bildirib.
Refrerans Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlar ərazi məsələsinə görə dalana dirənib.
“Donbas, o cümlədən Donetsk və Luqansk vilayətləri üzrə danışıqlarda hələlik razılaşma əldə edilməyib”, — Zelenski qeyd edib.
O etiraf edib ki, Ukraynadakı münaqişənin həlli üçün üç yanaşma mövcuddur: ABŞ, Rusiya və Ukrayna yanaşmaları.






















