Yağlarda aşkarlanan təhlükəli maddənin sağlamlığa zərərləri nələrdir? - Video

Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlandığını açıqlayı. Belə ki, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib.

Referans Media  xəbər verir ki, qida eksperti Elsevər Fərzəliyev "Baku TV"yə açıqlamasında 3-MCPD maddəsinin bitki yağlarının emalı zamanı texnoloji prosesin düzgün aparılmaması nəticəsində yarana biləcəyini bildirib.

Onun sözlərinə görə, yüksək temperatur da bu maddənin yaranmasına səbəb ola bilər.

Elsevər Fərzəliyev 3-MCPD-nin insan orqanizminə mənfi təsir göstərə biləcəyini, xüsusilə böyrək və qaraciyərin fəaliyyətinə, eləcə də kişilərin reproduktiv sisteminə təsir etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki