Yaşayış evində güclü yanğın: külə döndü

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Referans Media xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Adil Əliyevə məxsus, kürsülü və birmərtəbəli, sahəsi 80 kvadratmetr olan evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki