Yevlaxda qəza: yaralananlar var

  Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Referans “Teleqraf”a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Hürüuşağı kəndi yaxınlığından keçən avtomagistralda baş verib.

Sürücü 1985-ci il təvəllüdlü İlham Süleymanovun idarə etdiyi “İnfinti” markalı avtomobil idararəetmədən çıxaraq yol kənarındakı su arxına düşüb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü, həmçinin sərnişinlər 1981-ci il təvəllüdlü Nahid Həsənov, 1976-cı il təvəllüdlü Səyavuş Səfərov və 1978-cu il təvəllüdlü Xalis Ələkbərov xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, qəzaya düşən şəxslər Salahlı kəndindən toy məclisindən qayıdırlarmış.

Faktla bağlı araşdırma başlanıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki