image-zelzelebackend

6,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ

Sakit okeanda, Samoa sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Samoanın paytaxtı Apia şəhərindən 201 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Mümkün itki və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki