ABŞ: Avropa ölkələri terrorçular üçün maliyyə və logistika mərkəzinə çevrilib

ABŞ administrasiyası mayın 6-da yayımladığı terrorla mübarizə strategiyasında Avropadakı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə və logistika mərkəzinə çevrildiyini bildirib.

Referans MEDİA-nın xəbərinə görə, sənəddə qeyd olunub ki, “nəzarətsiz kütləvi miqrasiya Avropaya terrorçuların ötürülmə xəttinə çevrilib” və buna görə də Avropa ölkələri terrorla mübarizə səylərini dərhal əhəmiyyətli dərəcədə artırmalıdır.

Strategiyada vurğulanıb ki, “varlı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və insan toplama mərkəzi kimi fəaliyyət göstərməsi qəbuledilməzdir.”

Bununla yanaşı, sənəddə Avropa ölkələrinin ABŞ üçün “ən mühüm və uzunmüddətli terrorla mübarizə tərəfdaşları” olduğu da qeyd edilib. Lakin strategiyada Avropanın hazırda həm terror hücumlarının hədəfi, həm də terror təhdidlərinin formalaşdığı bir məkana çevrildiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki