image-abd-baskani-trumptan-irana-suikast-tehdidi-haritadan-silin-talimati-lq5cbackend

ABŞ Prezidenti Trampdan sərt xəbərdarlıq: İranı yer üzündən siləcəyik

ABŞ Prezidenti Donald Tramp İrana qarşı kəskin bəyanatla çıxış edib. O, özünə qarşı mümkün sui‑qəsd cəhdinin həyata keçirilməsi halında İranın “yer üzündən silinməsi” üçün qəti göstəriş verdiyini bildirib.

Referans Media xəbər verir ki, Tramp ikinci dəfə prezident seçilməsinin birinci ildönümü münasibətilə “News Nation” telekanalına verdiyi müsahibədə ABŞ-ın daxili və xarici siyasəti ilə bağlı açıqlamalar verib. İranın ona qarşı iddia edilən sui‑qəsd təhdidlərinə toxunan Tramp deyib: “Əgər mənə qarşı hər hansı addım atılarsa, bütün ölkə darmadağın ediləcək. Onlara çox sərt zərbə endirəcəyəm.”

ABŞ Prezidenti bu mövzuda əvvəlcədən çox dəqiq və sərt göstərişlər verdiyini vurğulayaraq, “Əgər nəsə baş verərsə, onları yer üzündən siləcəklər” ifadəsini işlədib.

Tramp həmçinin İranın özünə yönəlik təhdidlərinə qarşı keçmiş ABŞ Prezidenti Co Baydenin lazımi cavab vermədiyini iddia edərək onu passiv mövqe tutmaqda ittiham edib.

Müsahibə zamanı Tramp miqrasiya əməliyyatlarına qarşı etirazların yaşandığı Minnesota ştatına da münasibət bildirib. O, Etiraz Aktının tətbiqinə hazırda ehtiyac olmadığını, lakin zərurət yaranacağı halda bu addımı ata biləcəyini qeyd edib.

Trampın sözlərinə görə, sözügedən qanunun qüvvəyə minməsi məhkəmə sistemini kənarda qoyur və icra mexanizmlərini daha sürətli edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki