İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ölkənin ali rəhbəri Əli Xameneiyə qarşı mümkün hücumla bağlı kəskin bəyanat yayıb.
Referans Media xəbər verir ki, məlumat yanvarın 20-də yayımlanıb.
Bildirilib ki, Xameneiyə yönələn istənilən hücum İrana müharibə elanı kimi qiymətləndiriləcək.
Komissiyanın mövqeyinə görə, ali rəhbərə qarşı zorakı addım təkcə İran dövlətinə deyil, bütövlükdə İslam dünyasına hücum hesab olunacaq.
Bu halda İslam alimlərinin cihad fərmanı verməsi və dünya miqyasında “İslam əsgərlərinin” səfərbər edilməsi gündəmə gələ bilər.
Bəyanatda vurğulanıb ki, İran bu cür ssenariləri “qırmızı xətt” kimi dəyərləndirir və ölkənin ali siyasi-dini rəhbərliyinə qarşı hər hansı təhlükə regionda genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər.
Rəsmi Tehranın bu açıqlaması bölgədə artan gərginlik fonunda diqqət çəkib./Globalinfo.az








