Ağstafada eyni gündə 5 ailə üzvünün ölümü: Numeroloq müəmmalı səbəbi açıqladı backend

Ağstafada eyni gündə 5 ailə üzvünün ölümü: Numeroloq müəmmalı səbəbi açıqladı 

Ağstafada bir ailədən beş nəfərin eyni gündə vəfat etməsi hadisəsi bölgədə ciddi narahatlıq və suallar doğurub. Hadisə yalnız ailə üzvlərini deyil, qonşuları və ictimaiyyəti də dərin düşündürüb.

Referans xəbər verir ki, psixoloq-numeroloq Mətanət Şirinova bu müəmmalı ölüm sırasının arxasında “ailə karması”, “nəsil kodu” və bəzi rəqəmlərin enerjisinin ola biləcəyini bildirib:

“Dəqiq nəticə əldə etmək üçün həmin şəxslərin doğum illəri və günləri üzrə rəqəmlər toplanmalı, ümumi numeroloji hesablamalar aparılmalıdır. Bu yolla ‘8’ rəqəminin və digər təkrarlanan rəqəmlərin mənası müəyyən edilə bilər. Bu hadisədə “ailə karması” və “nəsil kodu” anlayışlarının da rolu ola bilər”. pizza hut

Şirinova qeyd edib ki, eyni ailədən beş nəfərin bir ildə və eyni tarixdə dünyasını dəyişməsi kifayət qədər müəmmalı və narahatedici bir haldır:

“Keçmiş əcdadalarımızdan bizə ötürülən karmik bağlar var və onlar hazırkı həyatımıza birbaşa təsir göstərir. Həm ata, həm də ana nəslindən gələn karmaları biz bu gün yaşayırıq, onların enerjisini və ruh parçalarını daşıyırıq. Əgər bu hadisə numeroloji baxımdan izah olunacaq bir təsadüfdürsə, ailənin digər üzvlərinə də mənfi təsir göstərə bilər. Buna görə də həmin ailənin karmik bağları müəyyən edilməli, onlar kəsilməli və şəfalandırılmalıdır. Hadisənin kökündə hansı karmanın dayandığını anlamaq vacibdir”.

O, əlavə edib ki, təkrarlanan rəqəmlər də insan taleyində mühüm rol oynayır:

“Əgər numeroloji hesablamalar düzgün aparılsa, insanın həyatında hansı günlərin uğurlu, hansılarının isə təhlükəli olduğunu əvvəlcədən müəyyən etmək olar. Bu, hətta bəzi ölüm hadisələrinin də əvvəlcədən təxmin edilməsinə imkan verir. Məsələn, 07-07 rəqəmi ‘ilahi qapıdan keçid’ mənasını verir. Biz belə tarixlərdə təşkil olunan görüşlərdə karmik bağları kəsir, onları şəfalandırırıq. Bu zaman yalnız karmik enerjilərdən yox, eyni zamanda atalarımızdan bizə ötürülmüş neqativ təsirlərdən də azad oluruq. Nəticədə yaradana şəfa enerjisi göndərərək enerjetik balansı bərpa edirik”.//yenisabah.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki