Ammar Baxşalıyev dünya çempionatında bürünc medal qazandı

Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Bu barədə Referans Media-ya Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.

Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki