Millimiz tarixində ilk dəfə AFFA-nın büdcəsini zənginləşdirdi

Azərbaycan milli komandası tarixində ilk dəfə UEFA Millətlər Liqasında qrup qalibi olaraq AFFA-ya pul mükafatı qazandırıb.

Referans Media  xəbər verir ki, D Liqasında iştirak edən hər bir yığmaya 750 min avro ayrılır. Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edərək qrup liderliyini rəsmiləşdirən millimiz qalib kimi əlavə olaraq daha 750 min avroya sahib çıxıb.

Beləliklə, yığmamız ümumilikdə 1,5 milyon avro (təxminən 3 milyon manat) gəlir əldə edib. Bu vəsait futbolçulara deyil, birbaşa milli assosiasiyaya ödənilir.(Offsideplus.az)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki