“Qalatasaray”ın 27 yaşlı ulduzu bu görüntüləri ilə azarkeşləri həyəcanlandırdı - FOTOLAR

“Qalatasaray”ın “Konyaspor” üzərində 4:0 hesablı qələbəsindən sonra Viktor Osimhen komandasına dəstək verən azarkeşləri salamlayıb.

Referans Media xəbər verir ki, həmin vaxt ulduz futbolçunun axsayaraq hərəkət etməsi kameralara düşüb.

Bununla yanaşı, Osimhenin üzündə təbəssümün olması da diqqətdən yayınmayıb.

Viktor Osimhenin matçdan sonrakı görüntüləri futbolçunun sağlamlıq vəziyyəti ilə bağlı suallar yaradıb. Bununla belə, “Qalatasaray” rəhbərliyi onun zədələnməsi ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Qeyd edək ki, “Konyaspor”la matça start heyətində başlayan 27 yaşlı hücumçu qarşılaşmanın ilk hissəsində qısa müddətlik zədə problemi yaşayıb. Meydanda tibbi yardım göstərildikdən sonra oyuna davam edən Osimhen 12-ci dəqiqədə rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Nigeriyalı futbolçu matçın 61-ci dəqiqəsində Deniz Gül ilə əvəzlənib. Qarşılaşmadan sonra isə komanda yoldaşları ilə birlikdə qələbə sevincinə qoşulub./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki