Abşeronda dekabrın 12-də “Azərişıq”ın əməkdaşını elektrik dirəyindən cərəyan vurub.
Referans Media xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.
Abşeron rayonunun Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidlini elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.




















