Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.
Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.
Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə – Ahmet və Büşra həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






















