Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq?

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.  

Fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınıb.

İran üzərindən həyata keçirilən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin müvəqqəti dayandırılması minlərlə sərnişinin səyahət planlarına təsir edib.

Xüsusilə Naxçıvana daha münasib qiymətlə getmək istəyən vətəndaşlar yaranmış vəziyyətin nə qədər davam edəcəyindən narahatdırlar.

Təhlükəsizlik məqsədilə verilən qərar sərnişinləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa məcbur edib. İndi isə əsas sual reyslərin nə vaxt bərpa olunacağı ilə bağlıdır.

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, avtobus reyslərinin nə zaman bərpa olunacağı ilə bağlı məlumat olduğu halda ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, Bakı–Naxçıvan marşrutunda avtobus bileti 30 manat, təyyarə bileti isə 70- 90 manat arası dəyişir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki