backend

Bakı-Qazax yolunda ZƏNCİRVARİ QƏZA: Xəsarət alanlar var

Bakının Qaradağ rayonu ərazisində zəncirvari qəza baş verib.

Referans Media oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, şosenin paytaxt istiqamətində qeydə alınıb.

Beş avtomobilin toqquşması nəticəsində bir maşın aşıb, digər ikisi isə dərəyə yuvarlanıb. Xəsarət alanların olduğu deyilir. Qəza nəticəsində ciddi tıxac yaranıb.

Qəza zamanı “Changan”, KIA, BMW X5, “Hyundai” və “Range Rover” markalı avtomobillər toqquşub.

Faktla bağlı araşdırma aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki