Bakıda restoranda yanğın oldu- Foto

Paytaxtın Səbail rayonunda yerləşən məşhur “Shah Palace” restoranında tüstülənmə hadisəsi baş verib.

Referans Media bildirir ki, hadisə ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Səbail rayonu, Böyük Qala küçəsində yerləşən restoranın havalandırma borusunda tüstülənmə qeydə alınıb.

Nazirliyin əməkdaşları tərəfindən tüstülənmənin qarşısı qısa müddətdə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki