image-qazbackend

Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.

Bu barədə Referans Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir hissəsinin və Nizami rayonu, Q.Qarayev, Ə.Kürçaylı, R.Rüstəmov, Nəsimi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki