image-jpeg-goruntusubackend

Metroda qiymətlər qalxacaq? – RƏSMİ AÇIQLAMA

“Bakı Metropoliteni” QSC-nin maliyyə departamentinin rəisi Kamal Hüseynli bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.

Bu açıqlama isə insanlar arasında metroda qiymətlərin qalxacağı fikirlərini formalaşdırıb.

“Bakı Metropoliteni” QSC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ictimai nəqliyyat üzrə vahid tarif modeli tətbiq olunur. Bununla yanaşı, uzunmüddətli perspektivdə tarif siyasətinin daha ədalətli, əlçatan və iqtisadi cəhətdən balanslı qurulması məqsədi ilə alternativ modellər üzərində analitik işlər aparılır.

Qeyd olunub ki, bu çərçivədə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizmləri beynəlxalq təcrübə əsasında qiymətləndirilir, müxtəlif şəhər metropolitenlərinin tətbiq etdiyi modellər öyrənilir və yerli şərtlərə uyğunluğu təhlil olunur:

“Aparılan araşdırmalar hazırda qərar qəbuletmə mərhələsində deyil, lakin onların nəticələri gələcəkdə tarif siyasətinin təkamülü üçün analitik əsas formalaşdıracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki