backend

Bakının mərkəzində eyvan uçdu: yaralanan var

Bakıda yaşayış binasının eyvanı uçub.

Referans Media  bildirir ki, APA-nın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.

Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki