Xəbər verdiyimiz kimi, avqustun 9-da Bakının Xətai rayonunda yanacaq çənində güclü yanğın baş verib. Paytaxtın strateji ərazilərindən birində bu kimi yanacaq çənlərinin, boru xətlərinin, neft bazalarının, yanacaq depolarının və neft emalı zavodunun yerləşməsi ciddi təhlükə mənbəyi hesab olunur.
Bakıda yanacaq çənində baş verən yanğın nədən xəbər verir? Bu müəssisələrin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ gündəmdə idi. Bəs hazırda bu istiqamətdə vəziyyət necədir?
Referans Media xəbər verir ki , globalinfo.az-a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev deyib ki, Bakıda yanacaq çənində baş verən yanğını bir obyektin lokal problemi kimi qiymətləndirmək olmaz:
Ekspert xatırladıb ki, vaxtilə belə sənaye obyektlərinin şəhərdən kənara çıxarılması məsələsi müzakirə olunurdu:
“Lakin hazırda açıq rəsmi məlumatlarda neft emalı zavodunun köçürülməsi istiqamətində konkret icra müddəti görünmür. Əsas istiqamət modernləşmədir. Bakı kimi əhalinin sıx yaşadığı ərazilərdə məsələ yenidən kompleks şəkildə qiymətləndirilməlidir”.
S.Nəbiyevin sözlərinə görə, burada iqtisadi maraqlardan əlavə, insan həyatı, şəhərin təhlükəsizliyi və fövqəladə hallara dayanıqlılıq əsas götürülməlidir:
“Əsas vacib nüansa da diqqət çəkək. Bütün neft emalı zavodlarının Bakıdan çıxarılmalı olduğunu demək də doğru olmazdı. Boru xətləri və strateji istehsalat infrastrukturu üzrə ayrıca kəmiyyət qiymətləndirilməsi aparılmalı, fərdi və sosial risk zonaları hesablanmalı, nəticəyə əsasən modernləşmə, əlavə mühafizə zonalarının yaradılması və digər qərarlar verilməlidir. Yəni məsələ emosional yox, risk hesablamalarına əsaslanan yanaşma ilə həllini tapmalıdır”.
