image-screenshot-2026-01-14-004352-1backend

“Bir həftədir ailəmizlə danışa bilmirik” – Bakıdakı iranlı tələbələr – VİDEO

İranda günlərdir davam edən etiraz aksiyaları fonunda ölkənin əksər bölgələrində internet əlaqəsinin kəsilməsi minlərlə ailəni çətin vəziyyətdə qoyub. Ölənlərin və xəsarət alanların sayının artdığı bir vaxtda, xaricdə yaşayan iranlılar yaxınlarından xəbər ala bilməməkdən ciddi narahatlıq keçirirlər.

Bu vəziyyəti yaşayanlardan biri də Təbrizdən olan bacılar – Pərəstu və Pərisadır. Hazırda Bakıda təhsil alan bacılar bir həftəyə yaxındır ki, ailələri ilə əlaqə saxlaya bilmədiklərini deyirlər.

Referans Media xəbər verir ki, İTV-yə danışan bacıların sözlərinə görə, İranda internetin məhdudlaşdırılması səbəbindən ailə üzvlərinin səsini eşitmək belə mümkün olmayıb:

“Bir həftədir ailəmin heç bir üzvü ilə danışa bilmirəm. Sizə bir həftə kimi görünə bilər, amma bizə illər kimi keçdi. Gecəmiz-gündüzümüz yoxdur, hər dəqiqə xəbərləri izləyirik ki, Allahım, İranda nəsə olmasın”, – deyə bacılar bildiriblər.

Daha ətraflı süjetdə:

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki