Türkiyəli fenomenin inanılmaz dəyişimi sosial medianı silkələdi

Türkiyəli sosial media fenomeni Eda Biçim son görünüşü ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

Referans MEDİA xəbər verir ki, fenomenin dörd ay ərzində 20 kilo çəki atdığı bildirilir.

Məşhur fenomen Ali Biçimin bacısı olan Eda Biçim son aylarda həm xarici görünüşündə, həm də həyat tərzində etdiyi dəyişikliklərlə izləyicilərinin marağına səbəb olub.

Saç düzümü, makiyajı, geyim tərzi və fiziki görünüşündə yeniliklər edən fenomen bu dəyişiklikləri uzun müddətdir sosial media hesablarında izləyiciləri ilə bölüşür.

Eda Biçim 2024-cü ilin mart ayında arıqlama prosesi ilə bağlı video yayımlayıb. Həmin ilin dekabrında isə "Arıqlama hekayəsi" adlı yeni video paylaşaraq keçdiyi prosesi daha ətraflı izah edib.

Fenomen 2025-ci ilin iyul ayında keçirdiyi döş estetikası əməliyyatı barədə də açıq danışaraq görünüşündəki dəyişikliklərlə bağlı maraq doğuran suallara cavab verib.

Biçimin Fransanın paytaxtı Parisdən paylaşdığı fotolarda xüsusilə incəlmiş bel quruluşu diqqət çəkib. Onun son görüntüləri əvvəlki fotoları ilə müqayisə edilərək sosial şəbəkələrdə geniş müzakirə olunub.

Sosial mediada yayılan məlumatlara görə, Eda Biçim son dörd ay ərzində 20 kilo arıqlayıb. Lakin onun bu nəticəyə hansı pəhriz proqramı, müalicə üsulu və ya dərman vasitəsilə nail olduğu barədə hər hansı rəsmi açıqlama verilməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki