Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ-Vizalar DƏYİŞİR

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə vahid turist vizasının tətbiqinə hazırlaşır.

Ajans.az xəbər veirr ki, BƏƏ-nin “Khaleej Times” qəzetinin məlumatına görə, bunu KƏŞ-in baş katibi Casim Məhəmməd Əl-Budaivi açıqlayıb.

Onun sözlərinə görə, “yaxın gələcəkdə” həyata keçiriləcək layihə xarici vətəndaşların region ölkələri arasında səyahətini asanlaşdıracaq. Vahid vizanın Şengen vizasına bənzər formatda olması nəzərdə tutulur.

Əl-Budaivi vizanın dəqiq tətbiq tarixini, qiymətini, əldə edilməsi qaydalarını və etibarlılıq müddətini açıqlamayıb.

Qeyd edək ki, vahid turist vizası layihəsi KƏŞ-ə üzv bütün ölkələr tərəfindən təsdiqlənib. Layihənin tətbiqi ilə region ölkələrinin daxili işlər nazirlikləri məşğul olur.

KƏŞ-ə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki