Polis bu şəxslərin izinə düşdü - Saxlanılanlar var!

Sentyabrın 8-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 51 cinayət hadisəsinin açılması təmin edilib.

Referans Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, bundan əlavə, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin də üstü açılıb.

Bildirilib ki, axtarışda olan ümumilikdə 170 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 147-si borclu şəxs qismində axtarışda olub.

Hesabat dövründə narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 60 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki