“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi 250 ton texniki duz satın almağı planlaşdırır.
Referans Media bildirir ki, Oxu.Az-ın məlumatına görə, bununla bağlı qurumun Mənzil Kommunal və Təmir Xidməti tender elan edib.
Qurum buzlaşma əleyhinə 250 ton texniki duzun satınalınması və çatdırılması xidməti müqabilində 46 min 251 manat ödəməyi planlaşdırır.






















