image-1776959070_17769582421774731443_1200x630-1backend

Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi – FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Referans Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında baş tutub.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər.

Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.

1776959070 177695824246329299 1200x630 1 1776959056 1776958242603549733 1200x630 2 1776959056 17769582424023063580 1200x630 6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki