Çin İranı xəbərdar etdi: DƏRHAL DAYANDIRIN!

ABŞ Prezidenti Donald Tramp ilə Çin Sədri Şi Cinpin arasında keçiriləcək gözlənilən kritik zirvə öncəsi Pekin administrasiyası İranla bağlı mühüm mesaj verib.

Referans Media xəbər verir ki, Çin tərəfi Tehranı münaqişəni yenidən alovlandırmamaq və bölgədə sabitliyi qorumaq barədə xəbərdar edib. Pekin eyni zamanda Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına çağırış edib.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında İran və ABŞ arasında gərginliyin dərhal və tam şəkildə dayandırılması, tərəflərin dialoqa üstünlük verməsi vurğulanıb.

Məlumata görə, Çin hökuməti Hörmüz boğazının dünya enerji ticarəti üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, dəniz ticarətinin təhlükəsiz şəkildə davam etməsinin vacibliyini önə çəkib.

Qeyd edək ki, bölgədə artan gərginlik fonunda Çin diplomatiyası həm enerji təhlükəsizliyi, həm də qlobal sabitlik baxımından tərəflərə təmkinli davranma çağırışı edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki