Çində pilotsuz “hava taksisi” təqdim olundubackend

Çində pilotsuz “hava taksisi” təqdim olundu

Çinin İdxal Mallarının Səkkizinci Beynəlxalq Sərgisində elektriklə işləyən, şaquli qalxıb-enmə qabiliyyətinə malik yeni hava nəqliyyatı nümayiş etdirilib.

Referans-ın məlumatına görə, bu aparatla 10 dəqiqəlik uçuş avtomobillə 40 dəqiqəlik yolu əvəz edə bilir. Xidmətin qiyməti təxminən 8 dollar təşkil edir.

Təqdimatı elektrik təyyarələrinin məişət və kommersiya istifadəsi üzrə ixtisaslaşmış Çin şirkəti “Vertaxi” həyata keçirib.

Xatırladaq ki, iyul ayında BƏƏ-də oxşar uçan taksi sınaqdan keçirilmişdi. O aparat da dron kimi şaquli qalxıb-enir, bir dəfəlik enerjidoldurma ilə 160 km məsafə qət edə bilir. Taksidə 4 sərnişin və bir pilot üçün yer nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki