ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə Dünya Kubokunun başlamasına cəmi 5 həftə qalıb. İlk dəfə 48 komandanın iştirak edəcəyi dünya çempionatı 39 gün davam edəcək və ümumilikdə 104 oyun keçiriləcək.
Çempionat iyunun 11-də Meksika şəhərində start götürəcək, final oyunu isə iyulun 19-da Nyu-York şəhərində keçiriləcək. Son dünya çempionu Argentina titulunu qorumağa çalışacaq.
Yeni formatda qrup mərhələsindən sonra əlavə pley-off mərhələsi də təşkil olunacaq. Dünya çempionatı tarixində ilk dəfə İordaniya, Özbəkistan, Kurakao və Kabo-Verde kimi ölkələr final mərhələsində iştirak edəcək.
Türkiyə milli komandası D qrupunda ABŞ, Avstraliya və Paraqvay ilə mübarizə aparacaq. Türkiyə ilk oyununu iyunun 13-də Avstraliyaya qarşı keçirəcək.
